İdman
"Tottenhem"in müdafiəçisi üçün mövsüm bitdi - FOTO
İngiltərənin "Tottenhem" klubu ciddi itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, komandanın aparıcı müdafiəçisi Kristian Romero "Sanderlend"lə qarşılaşmada (0:1) dizi zədələndiyinə görə 2025/26 mövsümünün qalan hissəsində komandasına kömək edə bilməyəcək. 27 yaşlı argentinalı futbolçunun ilkin tibbi yoxlanışları zamanı onun diz bağlarında xəsarət qeydə alınıb. Vəziyyətin tam aydınlaşdırılması məqsədilə yaxın günlərdə oyunçu daha ətraflı müayinələrdən keçiriləcək. Gözləntilərə görə, təcrübəli müdafiəçi beş-səkkiz həftə ərzində yaşıl meydanlardan uzaq düşəcək. Xatırladaq ki, Kristian Romero cari mövsüm ərzində ümumilikdə 32 qarşılaşmada iştirak edərək, rəqib qapılarından 6 top keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az