İdman
"Atletiko Madrid" - "Barselona" və "Liverpul" - PSJ oyunları hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmasında "Atletiko Madrid" əzəli rəqibi "Barselona" klubunu qəbul edəcək. İzləyicilər bu oyunu "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmasında isə "Liverpul" klubu PSJ ilə üz-üzə gələcək. "Liverpul" - PSJ qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası 1/4 final mərhələsi 14 aprel Saat 23:00, "Liverpul" - PSJ (İctimai TV); Saat 23:00, "Atletiko Madrid" - "Barselona" ("CBC Sport" TV).
Mənbə
oxu.az