İdman
"Bavariya"dan 60 milyon avroluq həmlə: Hədəf Premyer Liqa ulduzudur - FOTO
"Bavariya" qarşıdan gələn yay transfer pəncərəsində "Nyukasl"ın istedadlı cinah hücumçusu Entoni Qordonu öz sıralarına qatmağı əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Oxu.Az xəbər verir ki, Münhen təmsilçisi ilə 25 yaşlı ulduzun nümayəndələri arasında artıq ilkin və ciddi danışıqlara start verilib. Transferin təqribən 60 milyon avroya başa gələcəyi ehtimal olunur. Qeyd edək ki, futbolçunun "Nyukasl"la 2030-cu ilin ortalarınadək qüvvədə olan müqaviləsində hər hansı bir satınalma seçimi yer almayıb.
Mənbə
oxu.az