İdman

Karluş Keyruş Qana yığmasının baş məşqçisi oldu

14 Apr 2026, 02:00 1 baxış
Karluş Keyruş Qana yığmasının baş məşqçisi oldu
Oman millisinin keçmiş məşqçisi Karluş Keyruş Qana yığmasının sükanı arxasına keçib. Oxu.Az bu barədə Qana Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir. Daha əvvəl mütəxəssis Qətər, İran, Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarına rəhbərlik edib. Klub səviyyəsində isə məşqçi "Real Madrid", "Mançester Yunayted" (assistent rolunda), Lissabonun "Sportinq" və bir sıra digər komandalarda çalışıb. Qana millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində İngiltərə, Xorvatiya və Panama yığmaları ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər