İdman

Lamin Yamal futbolçular arasında öz kumirinin adını açıqlayıb

14 Apr 2026, 00:30 1 baxış
Lamin Yamal futbolçular arasında öz kumirinin adını açıqlayıb
"Barselona"nın vingeri Lamin Yamal "Santos"un braziliyalı hücumçusu Neymarı futbolçular arasında öz kumiri adlandırıb. Oxu.Az bu barədə "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir. "Mən 6:1 hesabı ilə başa çatan matçı dəfələrlə izləmişəm (Çempionlar Liqasının 2016/2017 mövsümünün 1/8 finalında "Barselona" və PSJ arasındakı görüş - red.). Canlı izləmişəm. Neymar bütün uşaqlığımı təcəssüm etdirirdi, o mənim kumirimdir və futbola verdiklərinə görə ona hər zaman minnətdar olacağam. O, hamımızı ruhlandırır, siz onu görmək üçün bilet alırsınız, görüşdən iki-üç gün keçir və siz sadəcə onun oyununu görmək üçün yenidən ona baxırsınız. Futbola verdiklərinə görə ona təşəkkür edirəm və ümid edirəm ki, o, dünya çempionatında çıxış edə biləcək", - deyə Yamal vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər