İdman

Türkiyə millisinin üzvü Bundesliqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzaladı - FOTO

13 Apr 2026, 17:48 1 baxış
Türkiyə millisinin üzvü Bundesliqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzaladı - FOTO
Almaniyanın "Hoffenhaym" klubu türkiyəli müdafiəçi Ozan Kabakla əməkdaşlığı davam etdirmək qərarına gəlib və onun müqaviləsinin müddətini uzadıb. Oxu.Az xəbər verir ki, Türkiyə yığmasının üzvü ilə imzalanan yeni sözləşmə 2030-cu ilin yayına qədər olan dövrü əhatə edəcək. Bundesliqa təmsilçisinin yaxın günlər ərzində bu razılaşma ilə bağlı ictimaiyyətə rəsmi açıqlama verəcəyi gözlənilir. Xatırladaq ki, Ozan Kabak 2022-ci ilin yay aylarından etibarən "Hoffenhaym"ın şərəfini qoruyur. İyirmi altı yaşlı mərkəz müdafiəçisi cari mövsüm ərzində meydana çıxdığı 21 qarşılaşmada rəqib qapılarından 4 top keçirməyə müvəffəq olub.
Türkiyə millisinin üzvü Bundesliqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzaladı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər