İdman

Ozobiç Azərbaycan çempionatları tarixində Kvaratsxeliyanın rekordunu qırdı

13 Apr 2026, 13:08 1 baxış
Ozobiç Azərbaycan çempionatları tarixində Kvaratsxeliyanın rekordunu qırdı
"Turan Tovuz"un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub. Xorvatəsilli oyunçu bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının XXVII turunun "Sumqayıt"la ev görüşündə (2:1) fərqlənib. 72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. "Kəpəz" və "Şəmkir"də oynamış forvard 132 matçda 71 qola imza atıb. Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda altı qola sevinən futbolçu bunadək "Qəbələ" (46 oyunda 16 qol), "Qarabağ" (95 oyunda 35 qol) və "Neftçi"nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb. Qeyd edək ki, Premyer Liqada 2016/2017 mövsümündə debüt edən yarımmüdafiəçi "Qəbələ"də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər