İdman

Azərbaycan çempionatında dördüncü: "Kəpəz"in əlamətdar səfər statistikası

13 Apr 2026, 12:36 1 baxış
Azərbaycan çempionatında dördüncü: "Kəpəz"in əlamətdar səfər statistikası
Misli Premyer Liqasının XXVII turu çərçivəsində baş tutan qarşılaşmalar "Kəpəz" futbol klubu üçün tarixi bir hadisə ilə yadda qalıb. Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib. Bu yubiley "Karvan-Yevlax"la matça təsadüf edib. Rəqib meydanında 1:4 hesabı ilə məğlub olan "Kəpəz" bununla da səfərdə 164-cü dəfə xalsız qalıb. Ümumilikdə 100 qələbə qazanan qərb təmsilçisi 86 oyunda heç-heçəyə razılaşıb. Gəncə klubu səfər oyunlarında 393 qola imza atsa da, qapısında 538 top görüb. Qeyd edək ki, "Kəpəz" ölkə çempionatı tarixində 350 və daha çox səfər qarşılaşması keçirən dördüncü komanda kimi tarixə düşüb. Bu göstəriciyə görə yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı" klubları Gəncə təmsilçisini qabaqlayırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər