Cəmiyyət

Kommunist Qurbanov İtaliyada müalicə alır

05 Jan 2026, 19:01 1 baxış
Kommunist Qurbanov İtaliyada müalicə alır

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib.


Axar.az xəbər verir ki, Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.


"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər", - Rauf Qurbanov deyib.


Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Nəticədə Azərbaycan Kommunist Partiyası da qeydiyyatdan keçə bilməyərək fəaliyyətini dayandırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər