Şou biznes

Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?

03 Oct 2026, 07:28 3 baxış
Tarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
2000-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan, Ercan Saatçi və Ahmet San yer alıb. İlk gündən diqqət çəkən Abidin Özşahin səsi ilə yanaşı, görünüşü ilə də müzakirələrə səbəb olub. O, gənclik illərində məşhur müğənni Tarkanla böyük oxşarlığı ilə tanınıb. Abidin daha əvvəl İstanbulda albom hazırlamağa çalışsa da, maddi çətinliklər səbəbindən layihəsini yarımçıq qoymalı olub. Daha sonra Adanaya qayıdan müğənni "Popstar Türkiye" yarışmasına qatılaraq karyerasında yeni fürsət əldə edib. 14 həftə davam edən yarışmanın sonunda tamaşaçıların səsverməsi ilə "Popstar Türkiye"nin ilk qalibi seçilən Abidin qısa müddətdə Türkiyənin tanınmış simalarından birinə çevrilib. Lakin onun şöhrəti gözlənildiyi kimi uzun sürməyib. Abidin müğənniliklə yanaşı, reklam musiqiləri və cingllər hazırlamağa, reklam agentlikləri ilə əməkdaşlıq etməyə başlayıb. İctimaiyyətlə əlaqələr və reklamçılıq üzrə aldığı təhsil də onun sonradan korporativ kommunikasiya və brend məsləhətçiliyi sahəsinə yönəlməsində rol oynayıb. 2017-ci ildə öz şirkətini quran Abidin Özşahin hazırda Ankarada fəaliyyət göstərir. O, şirkətlərə korporativ kommunikasiya və brend məsləhətçiliyi xidmətləri göstərir. Abidin iş görüşləri zamanı hələ də keçmişini xatırlayan insanlarla qarşılaşır. Onlar əvvəlcə onu tanımağa çalışır, sonra isə "Siz "Popstar"a qatılmamışdınız? Biz sizə səs vermişdik!" deyərək illər əvvələ qayıdırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər