İdman
UEFA Millətlər Liqası: Günün ən maraqlı qarşılaşmaları
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. A Liqasının III qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək. B Liqasının I qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə üz-üzə gələcək. C Liqasının I qrupunda Finlandiya Albaniyanı, Belarus isə San-Marino ilə qarşılaşacaq. C Liqasının IV qrupunda isə Estoniya Lüksemburqla, İslandiya Bolqarıstanla münasibətlərinə aydınlıq gətirəcək. UEFA Millətlər Liqası 3 oktyabr A Liqası, III qrup 20:00. Xorvatiya - İngiltərə; 22:45. İspaniya - Çexiya. B Liqası, I qrup 22:45. Şimali Makedoniya - Şotlandiya; 22:45. İsveçrə - Sloveniya. C Liqası, I qrup 17:00. Finlandiya - Albaniya; 20:00. Belarus - San-Marino. C Liqası, IV qrup 20:00. Estoniya - Lüksemburq; 20:00. İslandiya - Bolqarıstan.
Mənbə
oxu.az