Cəmiyyət
Şuşakənd ilk əsgərini belə qarşıladı - O anlar...
Xocalı rayonunun Şuşakənd kəndində tarixi gün yaşanıb. Şuşakənd ilk əsgərini qarşılayıb.
Axar.az xəbər verir ki, Famil Hüseynov hərbi xidmətini başa vuraraq doğma yurduna qayıdıb.
Onun qarşılanması kənddə qürur dolu anlarla yadda qalıb.
"Qürur yaşadığımız bir gündür. Vaxtilə bu torpaqlardan ayaqyalın gedənlərin övladları indi bura zəfər çalmış ordunun əsgəri kimi qayıdır", - F.Hüseynovun qohumu sevincini bölüşərkən deyib.
Ətraflı Baku TV-nin video-materialında:
Mənbə
axar.az