Cəmiyyət

Salyanda ağır qəza: ölənlər var - Foto

05 Jan 2026, 17:26 1 baxış
Salyanda ağır qəza: ölənlər var - Foto

16:57


Salyanda baş verən yol qəzasında ölənlər və yaralananlar var.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Məlumata görə, avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.


Faktla bağlı araşdırma aprarılır.


***


Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin kimliyi məlum olub.


Məlumata görə, qəzada ölənlər Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü Vüqar Həsənqulu oğlu İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədhüseyn oğlu Məmmədovdur.


Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Mirzağa Həbib oğlu Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Fərhad qızı Məmmədova, onların qızı, 2011-ci il təvəllüdlü Fatimə Mirzağa qızı Məmmədli və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.

Mənbə axar.az

Oxşar Xəbərlər