Cəmiyyət
Bayram günlərində təcili tibbi yardıma nə qədər müraciət daxil olub?
Bayram günlərində (dekabrın 31-dən yanvarın 5-dək) təcili tibbi yardım xidmətinə ümumilikdə 27 779 çağırış daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, onlardan 14 449-u Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub. Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2026-cı il yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Həmin tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Mənbə
oxu.az