Cəmiyyət
Masazırdan ŞİKAYƏT: "Neçə aydır çirkab su küçəyə axır"
Masazırda yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub. Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, Afiq Abdulhüseynov küçəsində artıq bir neçə aydır çirkab su ətrafa axır. Sakinlər qeyd ediblər ki, bina tikilib, lakin kanalizasiya sistemi işləmir: "Bir neçə aydır kanalizasiyanın çirkab suyu küçəyə axır, baxan və maraqlanan yoxdur". Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində nasazlıq qeydə alınıb. Xəttin zədələnmiş hissəsi yenisi ilə əvəz ediləcək.
{{gallery}} Aygün Mirakif
{{gallery}} Aygün Mirakif
Mənbə
oxu.az