Cəmiyyət

ADY bayram günlərində 62 690 sərnişin daşıyıb

05 Jan 2026, 15:01 1 baxış
ADY bayram günlərində 62 690 sərnişin daşıyıb

ADY 31 dekabr-4 yanvar qeyri-iş günlərində 62 690 sərnişin daşıyıb.


Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.


Abşeron dairəvi dəmir yolu – 48 542 nəfər


Bakı-Qazax-Bakı marşrutu – 8 885 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla)


Digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 5 263 nəfər


Qeyd edək ki, ADY qeyd olunan tarixlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərib, ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib və vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

Mənbə axar.az

Oxşar Xəbərlər