Dünya

KİV: ABŞ-nin Venesueladakı əməliyyatı Avropada fikir ayrılığı yaradıb

04 Jan 2026, 00:12 1 baxış
KİV: ABŞ-nin Venesueladakı əməliyyatı Avropada fikir ayrılığı yaradıb
ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyat Avropa ölkələrində fikir ayrılığı yaradıb. Oxu.Az xəbər verir ki, bu qənaətə Britaniyanın "Financial Times" nəşri gəlib.
Nəşr qeyd edib ki, İtaliyanın ABŞ Prezidenti Donald Trampla sıx münasibətlərə malik Baş naziri Corcia Meloni Vaşinqtonun hərəkətlərini təqdir edib. Halbuki Fransa Xarici İşlər Nazirliyi mövzu ilə bağlı öz bəyanatında beynəlxalq hüququn pozulmasından danışıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə hörmətlə Venesuelada hakimiyyətin dinc yolla ötürülməsinə çağırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər