Dünya

Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hücuma hazırlaşır

03 Oct 2026, 01:12 2 baxış
Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hücuma hazırlaşır
Səudiyyə Ərəbistanı yaxın həftələrdə Yəməndə husilərin nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə hərbi əməliyyat keçirməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı hücumun müxtəlif variantlarını nəzərdən keçirir. Bu variantlara Qırmızı dənizdə gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədilə sahilboyu hücum və ya bir neçə cəbhədə eyni vaxtda əməliyyatın həyata keçirilməsi daxildir. Qərb diplomatlarının və regiondakı mənbələrin bildirdiyinə görə, əməliyyatın yaxın həftələrdə başlanması gözlənilir. Hücumun Ər-Riyadın rəhbərliyi və Səudiyyə Ərəbistanı hərbi aviasiyasının dəstəyi ilə Yəmənin hökumətyönlü qüvvələri tərəfindən həyata keçirilməsi planlaşdırılır. Məlumatda Səudiyyə Ərəbistanının digər müttəfiqlərinin birbaşa döyüş əməliyyatlarında iştirak etməyəcəyi də vurğulanır.
Mənbə oxu.az

Oxşar Xəbərlər