Dünya
Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin detalları açıqlandı
Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri birbaşa Ukrayna, ABŞ və Avropa tərəfdaşları tərəfindən imzalanacaq. Oxu.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksandr Bevz bildirib. O qeyd edib ki, təhlükəsizlik zəmanətləri bir neçə komponentdən ibarət olacaq. Onun sözlərinə görə, bu, çoxtərəfli çərçivə müqaviləsidir. Sənəd bütün zəmanətçilərin bir-biri ilə necə qarşılıqlı əlaqədə olacağını müəyyən edəcək. Bevz qeyd edib ki, əsas təhlükəsizlik elementləri həmçinin Ukraynada quruda, havada və dənizdə Avropanın rəhbərlik etdiyi çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. ABŞ isə bu qüvvələrə dəstək verəcək.
Mənbə
oxu.az