Dünya
"Tesla" liderliyini itirdi - Elektromobil satışında Çin şirkəti önə çıxıb
ABŞ-nin "Tesla Inc". şirkəti dünyanın ən böyük elektrik avtomobil satıcısı statusunu itirib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" Çinin "BYD Co." şirkətinin rəsmi satış statistikasına əsaslanaraq yayıb. Nəşrin xəbərinə görə, BYD 2025-ci ildə 2.26 milyon, "Tesla" isə 1.64 milyon elektrikli maşın satıb. "Avtomobil istehsalçısı dördüncü rübdə tədarüklərdə 16% azalma olduğunu bildirib ki, bu da analitiklərin gözləntilərini doğrultmayıb. "Tesla"nın satışları illik müqayisədə təxminən 9% azalıb", - deyə xəbərdə bildirilir.
Mənbə
oxu.az