Dünya

Nobel mükafatı laureatı Venesuelaya zərbə endirdiyi üçün Trampa təşəkkür etdi

03 Jan 2026, 16:00 1 baxış
Nobel mükafatı laureatı Venesuelaya zərbə endirdiyi üçün Trampa təşəkkür etdi
Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələri dəstəkləyib. Oxu.Az xəbər verir ki, məlumatı "CBS News" yayıb. Maçado açıqlamasında ölkə xalqı adından Donald Trampa təşəkkür edib. "Biz Venesuela xalqı ona və onun administrasiyasına çox minnətdarıq, mən onu bu yarımkürədə azadlığın müdafiəçisi hesab edirəm", - "CBS News" müxalifət liderindən sitat gətirib. Korina Maçado həmçinin bildirib ki, o, ABŞ liderinin Latın Amerikası üzrə bütün strategiyasını dəstəkləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər