Dünya

ABŞ-də helikopter qəzası: Göyərtəsində dörd sərnişin olub

03 Jan 2026, 10:38 1 baxış
ABŞ-də helikopter qəzası: Göyərtəsində dörd sərnişin olub
ABŞ-nin Arizona ştatının Feniks rayonu yaxınlığındakı dağlarda "MD 369FF" özəl helikopter qəzaya uğrayıb və nəticədə göyərtədəki dörd nəfər həlak olub. Oxu.Az-ın "ABC News"a istinadən xəbərinə görə, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Pinal dairəsi şerifinin ofisi məlumat verib. Məlumata görə, qəza yerli vaxtla saat 11:00-da Superior şəhərinin cənubundakı Teleqraf-Kanyon ərazisində baş verib. Şerifin məlumatına görə, helikopterdə Kvin-Krikdən olan 59 yaşlı pilot, 20 yaşlarında üç qadın sərnişin olub. Helikopter Kvin-Krikdəki "Pegasus Airpark"dan havaya qalxıb. Xilasetmə qrupları qəzanın baş verdiyi ucqar əraziyə çatmaq üçün bir neçə saat sərf ediblər. Qəzanın səbəbləri ilə bağlı araşdırmalar başlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər