Dünya

Meksikada güclü zəlzələ: 936 afterşok qeydə alındı

03 Jan 2026, 09:42 1 baxış
Meksikada güclü zəlzələ: 936 afterşok qeydə alındı
Yanvarın 2-də Meksikada baş verən güclü zəlzələdən sonra seysmoloqlar 900-dən çox afterşok qeydə alıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Seysmoloji Xidmət "X" hesabında məlumat verib. "2 yanvar saat 20:00-a olan məlumata görə, Qerrero ştatının San-Markos rayonunda baş verən 6.5 bal gücündə zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - deyə məlumatda bildirilib. Seysmoloqlar ən güclü afterşokun 4.7 bal gücündə olduğunu bildiriblər. Xatırladaq ki, yanvarın 2-də Meksika sahillərində 6.5 bal gücündə zəlzələ baş verib. Seysmoloqların məlumatına görə, onun episentri Akapulko-de-Xuares şəhərindən təxminən 65 kilometr cənub-şərqdə yerləşib. Mexiko şəhərinin meri Klara Bruqada fəlakət nəticəsində 12 nəfərin xəsarət aldığını deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər