Dünya

2026-cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı

03 Jan 2026, 09:00 1 baxış
2026-cı ilin ilk səma şousu: Super Ay və meteor yağışı
2026-cı ilin ilk Super Ay hadisəsi bu həftə sonu müşahidə olunacaq. Oxu.Az CNN-ə istinadən xəbər verir ki, səma şousunu yanvarın 3-də müşahidə etmək mümkün olacaq. NASA-nın Planet Elmləri, Geologiya, Geofizika və Geokimya Laboratoriyasının direktoru Noa Petronun sözlərinə görə, Super Ay o qədər parlaq və böyük olacaq ki, başqa bir səma hadisəsi - Kvadrantid meteor yağışının müşahidəsini çətinləşdirəcək. Məlumata görə, meteor yağışı məhz yanvarın 3-də pik nöqtəsinə çatacaq. Müşahidə üçün ən yaxşı vaxt isə yanvarın 4-də gecəyarısından sübhə qədər olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər