Dünya

İlon Mask elan etdi: "Beyin implantlarının kütləvi istehsalı başlayacaq"

03 Jan 2026, 02:16 1 baxış
İlon Mask elan etdi: "Beyin implantlarının kütləvi istehsalı başlayacaq"
Amerikalı milyarder İlon Maskın "Neuralink" şirkəti 2026-cı ildə düşüncə ilə idarə olunan cihazlar üçün beyin implantlarının kütləvi istehsalına başlayacaq. Oxu.Az xəbər verir ki, iş adamı özü bu barədə "X" platformasında məlumat verib. "Neuralink" 2026-cı ildə beyin-kompüter interfeysi cihazlarının genişmiqyaslı istehsalına başlayacaq və sadələşdirilmiş, demək olar ki, tam avtomatlaşdırılmış cərrahi prosedura keçəcək", - Mask yazıb. Qeyd edək ki, Maskın şirkəti beyin implantının insanlar üzərində klinik sınaqlarına 2024-cü ildə başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər