Dünya

Ancelina Coli Fələstinə gedib

03 Jan 2026, 02:32 1 baxış
Ancelina Coli Fələstinə gedib
Amerikalı aktrisa Ancelina Coli Fələstinə səfər edib. O, Misirlə Qəzza zolağı sərhədindəki Rəfah keçid məntəqəsində olub. Oxu.Az xəbər verir ki, bu barədə "Al Qahera News" məlumat yayıb. Məlumata görə, kino ulduzu humanitar missiyanın bir hissəsi olaraq "Əl-Əriş" xəstəxanasına da baş çəkib. Xatırladaq ki, Coli çəkildiyi filmlərlə yanaşı, özünün beynəlxalq humanitar fəaliyyəti ilə də tanınır. O, vaxtilə BMT-nin sülh səfiri kimi çalışıb. Ötən ilin noyabr ayında aktrisa humanitar missiya ilə Ukraynaya səfər etmişdi.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər