Siyasət

Dmitri Medvedyev İlham Əliyevə məktub göndərdi

23 Dec 2025, 14:29 1 baxış
Dmitri Medvedyev İlham Əliyevə məktub göndərdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Axar.az məktubun mətnini təqdim edir:


"Hörmətli İlham Heydər oğlu.


Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.


Sizin səyləriniz sayəsində Azərbaycan Respublikası dövlətçiliyinin möhkəmləndirilməsində və əhalisinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında nəzərəçarpan nəticələr əldə edib.


Ölkələrimizin xalqlarının mənafeyi naminə ikitərəfli əlaqələrin, həmçinin “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da dərinləşməsinə ümid edirəm.


Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram".

Mənbə axar.az

Oxşar Xəbərlər