Siyasət

Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

03 Oct 2026, 00:20 2 baxış
Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Ermənistanın Zəngəzur vilayətinin Şəki yaşayış məntəqəsində oktyabrın 1-də Azərbaycan hərbi qulluqçusu N.Musayevin iştirakı ilə baş verən insidentlə bağlı sosial şəbəkələrdə, KİV-də və digər ictimai platformalarda həqiqətə uyğun olmayan məlumatlar yayılır. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlət sərhədini qanunsuz olaraq yalnız bir nəfərin - hazırda başlanmış cinayət işi çərçivəsində məhkəmənin qərarı ilə həbs edilən N.Musayevin keçdiyini bir daha bəyan edib. Xidmətin mətbuat xidmətindən bildirilib ki, insidentdə iştirak edən şəxslərin sayının birdən çox olması, onların diversant olması və hüquq-mühafizə orqanlarının axtarış tədbirlərini davam etdirməsi ilə bağlı yayılan digər məlumatlar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. "İctimaiyyəti yalnız rəsmi məlumatları izləməyə çağırırıq", - deyə bəyanatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər