Siyasət

Baş nazir: "Azərbaycan gələn il hökumət başçılarının ikinci görüşünə ev sahibliyi edəcək"

23 Dec 2025, 10:40 1 baxış
Baş nazir: "Azərbaycan gələn il hökumət başçılarının ikinci görüşünə ev sahibliyi edəcək"
"Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının (vitse-prezidentinin) ilk iclası zamanı biz digər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar, nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki, yeni yaradılmış formatda hökumət başçılarının (vitse-prezidentin) ikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək". Oxu.Az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Baş nazir Əli Əsədov deyib. "Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması region daxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi və maliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər