Siyasət

"Haber Global": Türkiyənin vitse-prezidenti Bakıda hansı mesajı verdi?

22 Dec 2025, 22:54 1 baxış
"Haber Global": Türkiyənin vitse-prezidenti Bakıda hansı mesajı verdi?
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakı və Ankara arasındakı sarsılmaz ittifaqın Orta Dəhlizin aqibətini müəyyən edəcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə qeyd olunub. Türkiyə vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri barədə videomaterialda onun Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasına qatıldığı vurğulanıb. Tədbirdə çıxış edən C.Yılmaz iki ölkə arasındakı əməkdaşlığın bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri olduğunu qeyd edib. O həmçinin Ankaranın bütün türk dünyasının rifahı üçün səy göstərdiyini deyib. Daha ətraflı "Haber Global"ın süjetində:
Mənbə oxu.az

Oxşar Xəbərlər