Siyasət
Azərbaycan COP31-in təşkilində Türkiyəyə hərtərəfli dəstək göstərməyə hazır olduğunu açıqladı
Baş nazir Əli Əsədov Azərbaycanın COP31-in təşkili prosesində Türkiyəyə hərtəfərli dəstək göstərməyə hazır olduğunu bəyan edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxış edən Baş nazir ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində də əməkdaşlığa böyük önəm verildiyini deyib. "2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilmiş COP29 sammitində yüksək səviyyədə iştirakına görə Türkiyə tərəfinə bir daha təşəkkürümüzü ifadə edirik. Fürsətdən istifadə edərək COP31-in ev sahibi seçilməsi münasibətilə qardaş Türkiyəni ürəkdən təbrik edirik. Bu məqsədlə Antalya şəhərinin seçilməsi Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə səylərinə verilən yüksək qiymətdir. Azərbaycan təşkilati prosesdə qardaş Türkiyəyə hərtərəfli dəstəyini göstərməyə hazırdır", - o deyib.
Mənbə
oxu.az