Siyasət
Əli Əsədov: "Azərbaycanla Türkiyə arasında imzalanan Fəaliyyət Planı 78 faiz icra olunub"
"2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı iki ölkənin hökumətlərinin birgə səyləri nəticəsində icra edilib". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib. O, qeyd edib ki, 120 bənddən ibarət Fəaliyyət Planı 93 bənd və ya 78 faiz icra olunub. "İcrası qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq. Zamanın çağırışlarını nəzərə alaraq Plana mütəmadi olaraq yeni müddəalar əlavə olunur. Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək", - Baş nazir deyib.
Mənbə
oxu.az