Siyasət

Baş nazir: "Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır"

22 Dec 2025, 15:38 1 baxış
Baş nazir: "Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır"
"Abşeron" yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib. Baş nazir vurğulayıb ki, iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyində bir sıra perspektivli layihələr var. Ə.Əsədov bunların sırasında iyunda "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz yatağında 30% paya sahib olduğunu qeyd edib: "Birlikdə Xəzər dənizindəki bu perspektivli yatağın tam potensialını üzə çıxarmaq üçün çalışacağıq. Bununla yanaşı, Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır. Enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir".
Mənbə oxu.az

Oxşar Xəbərlər