Siyasət
Cevdet Yılmaz Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub. Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.
{{gallery}} Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Mənbə
oxu.az