Siyasət

Putin İlham Əliyev və Paşinyanla görüşəcək

21 Dec 2025, 12:49 1 baxış
Putin İlham Əliyev və Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçiriləcək ənənəvi MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.


Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.


Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edə biləcəyini açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər