Siyasət

Ceyhun Bayramov monteneqrolu həmkarını hazırkı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məlumatlandırıb

20 Dec 2025, 13:36 1 baxış
Ceyhun Bayramov monteneqrolu həmkarını hazırkı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçi bölgədə olan son durum, Ermənistan-Azərbaycan postmünaqişə dövründə sülh gündəliyi ilə bağlı məlumatlandırıb. Oxu.Az xəbər verir ki, Ceyhun Bayramov bu barədə monteneqrolu həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. "Bu mənada xüsusi olaraq 8 avqust Vaşinqton razılaşmaları barədə ətraflı danışdım. Həmin istiqamət üzrə indiyədək atılmış addımlar, Vaşinqton görüşündən sonra baş verən proseslər, eyni zamanda, bizim Ermənistan tərəfindən olan gözləntilərimiz barədə də həmkarımı məlumatlandırdım. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, onların gedişatı, orada əlli mindən artıq insanın fəaliyyət göstərməsi, son bir neçə il ərzində həmin ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsi və növbəti illər ərzində də olan planlar barəsində fikir mübadiləsi apardıq", - deyə nazir əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər