Siyasət
Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Monteneqronun Xarici İşlər Nazirliyi arasında Konsulluq məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini hədəfləyir.
Mənbə
axar.az