Siyasət

Azərbaycan və Monteneqro arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb

20 Dec 2025, 13:00 1 baxış
Azərbaycan və Monteneqro arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Monteneqro Xarici İşlər Nazirliyi arasında Konsulluq məsələləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Oxu.Az Azərbaycan XİN-in məlumatına istinadən xəbər verir ki, sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığı gücləndirməyi və vətəndaşlara göstərilən xidmətləri təkmilləşdirməyi hədəfləyir.
12:42 Azərbaycan və Monteneqro xarici işlər nazirləri Ceyhun Bayramovla Ervin İbrahimoviç arasında təkbətək görüş keçirilir. Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi rəsmi "X" hesabında paylaşım edib. "Hazırda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Monteneqro Baş nazirinin beynəlxalq münasibətlər üzrə müavini və xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş başlayıb", - deyə paylaşımda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər