Siyasət

Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır

20 Dec 2025, 11:24 1 baxış
Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır
Naxçıvanda Vəkillərin İxtisas Komissiyası üzvlərinin sayı artırılır. Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, Vəkillərin İxtisas Komissiyası beş vəkil, bir hakim və bir hüquqşünas alimdən, ümumilikdə isə yeddi üzvdən ibarət olmaqla fəaliyyət göstərəcək. Həmçinin Vəkillərin İxtisas Komissiyasının səlahiyyət müddəti beş il olaraq müəyyən edilir. Mövcud qanunvericiliyə görə, komissiya üç vəkil, bir hakim və bir hüquqşünas alimdən, ümumilikdə isə beş üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər