Siyasət

Vardanyanı ifşa edən filmin çəkilişi: "Erməni müsahiblər mövzudan xəbərdar idilər"

19 Dec 2025, 21:36 1 baxış
Vardanyanı ifşa edən filmin çəkilişi: "Erməni müsahiblər mövzudan xəbərdar idilər"
Nizami Kino Mərkəzində "AnewZ" beynəlxalq telekanalı tərəfindən hazırlanan "The Oligarch's Design" adlı sənədli filmin nümayişi baş tutub. Oxu.Az xəbər verir ki, film Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol haqqındadır. Telekanalın direktoru Rüfət Həmzəyev jurnalistlərə açıqlamasında bildirib ki, film böyük bir zəhmətin nəticəsidir: "Filmimizin ictimaiyyət qarşısında müsbət qarşılanması isə sevindiricidir". O, filmin Ermənistanda çəkilən hissəsi ilə bağlı suala cavab olaraq deyib ki, erməni müsahiblər filmin mövzusundan xəbərdar idilər: "Biz onu da nəzərə almışıq ki, bu film həm qlobal rezonans doğura bilər, həm də sözügedən şəxsin hansı əlaqələrə malik olduğundan da məlumatlıyıq. Ona görə beynəlxalq hüquq məsləhətçiləri də bu prosesdə iştirak edib və bu layihənin hər hansı bir iştirakçısına qarşı istifadə oluna biləcək əks-arqumentlər belə incələnib. Bu layihə çərçivəsində ikinci filmimiz də hazırdır. Çox yaxında onun da nümayişi keçiriləcək. Həmin film isə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ermənistanda artan iqtisadi-ticari rəqəmlərlə bağlıdır", - deyə R. Həmzəyev əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər