Siyasət

Ruben Vardanyandan bəhs edən "The Oligarch's Design" filminin təqdimat mərasimi keçirlir

19 Dec 2025, 20:26 1 baxış
Ruben Vardanyandan bəhs edən "The Oligarch's Design" filminin təqdimat mərasimi keçirlir
Nizami Kino Mərkəzində "AnewZ" beynəlxalq telekanalı tərəfindən hazırlanan "The Oligarch's Design" adlı sənədli filmin nümayişi keçirilir. Oxu.Az xəbər verir ki, film Azərbaycana qarşı ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın maliyyə imkanları, siyasi təsiri və ictimai rəyin formalaşdırılmasında oynadığı rol haqqındadır. İstehsalına 11 ay əvvəl başlanılan filmin çəkilişləri səkkiz ölkədə aparılıb. Filmin təqdimat mərasimində ictimaiyyət və media nümayəndələri, millət vəkilləri və ekspertlər iştirak edirlər.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər