Siyasət

Əmircan sakini: "Əvvəllər gənclər arasında dava düşəndə ağsaqqalın təkcə görünməsi kifayət edirdi ki, hamı sakitləşsin"

14 Dec 2025, 23:48 1 baxış
Əmircan sakini: "Əvvəllər gənclər arasında dava düşəndə ağsaqqalın təkcə görünməsi kifayət edirdi ki, hamı sakitləşsin"
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Əmircan sakini Tofiq Bayramov keçmiş ailə dəyərləri, valideyn-övlad münasibətləri ilə bağlı xatirələrini bölüşüb. O, əvvəlki dövrlərdə böyüklərə hörmətə, ailə tərbiyəsinə daha çox önəm verildiyini söyləyib. Bildirib ki, iki gənc arasında dava düşsəydi, ağsaqqalın təkcə görünməsi və qışqırması kifayət edirdi ki, hamı sakitləşsin. Əmircanlı ağsaqqal ailə həyatı qurması barədə də danışıb və qeyd edib ki, evləndiyi qızı anasının onunla yaxşı yola gedəcəyini düşündüyü üçün seçib: "Arzum olub ki, evlənəcəyim qız məndən çox anamı sevsin. İsmayıllıya qastrola getmişdim. Dostuma rast gəldim və onlara qonaq getdim. Anasıgil mənə bir qızı göstərdilər. Daha sonra anamı ona baxmağa göndərdim. Anam da 2 gün sonra gəldi ki, üzüyü qızın barmağına taxdım". Tofiq Bayramov özünü qayınata kimi də nümunə göstərib və gəlininə daim hörmət etdiyini, hətta işdən gələndə yeməyi özü bişirib hazır qoyduğunu deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər