Siyasət
Bakıda Afrika-Azərbaycan Əməkdaşlığı Təşkilatının açılışı olub
Bakıda Afrika-Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) açılışı olub. Oxu.Az xəbər verir ki, təşkilatın təsisçisi Rəna Qafarovanın sözlərinə görə, təşkilatın məqsədi Afrika ölkələri ilə Azərbaycan arasında əlaqələri genişləndirməkdir: "Təşkilatımız 2023-cü ildə yaranıb. Məqsədimiz 54 Afrika ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi və mədəni əlaqələrin inkişafıdır. 2026-cı ilə hədəfimiz böyükdür. Mayda 100-dən çox Afrika şirkətini Bakıya dəvət etmişik".
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir isə bildirib ki, Afrika-Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) təşəbbüsü çox qiymətlidir: "Məlum olduğu kimi, Türkiyənin Afrika ilə 2005-ci ildən sonra başlayan və sürətlənən əlaqələri inkişaf etdirmək siyasəti var. Biz Afrikaya həm onların problemini həll etmək kontekstindən baxırıq, həm də əlaqələri inkişaf etdirmək baxımından. Azərbaycanın da Afrika siyasəti çox müsbətdir. Afrika dünyanın ən zəngin qitəsidir. Bizlər də Türkiyə olaraq qardaşımız Azərbaycanla Afrika ilə bağlı təşəbbüslər və digər istiqamətlərdə əməkdaşlıq etməyə davam edəcəyik".
Mərahim Nəsib

Mənbə
oxu.az
Oxşar Xəbərlər