Siyasət
Qobustanda yollar buz bağladı: Zəncirvari qəza
Qobustanda yolların buz bağlaması zəncirvari qəzaya səbəb olub.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəngi kəndi ərazisində qeydə alınıb.
Hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
Mənbə
axar.az
Oxşar Xəbərlər