İdman
Türkiyədə qanunsuz mərc oyunları ilə bağlı sabiq klub rəhbəri də SAXLANILDI
İstanbul Baş Prokurorluğunun qanunsuz mərc oyunları ilə bağlı apardığı araşdırmalar davam edir. Oxu.Az "Haber Global"a istinadla xəbər verir ki, istintaq orqanları "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak haqqında həbs qərarı çıxarıb. Murat Sancak hüquqi prosedurlara uyğun olaraq tibbi müayinədən keçəcək. Tibbi müayinə başa çatdıqdan sonra Sancak ifadəsi alınmaq üçün polis idarəsinə aparılacaq. Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı araşdırmalar davam edir. Oxu.Az yerli mətbuata istinadən xəbər verir ki, "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və "Qalatasaray"ın gənc futbolçusu Metehan Baltacı da mərc oyunlarında iştirak etməkdə ittiham olunaraq saxlanılıblar.
Bundan əlavə, saxlanılanlar arasında keçmiş hakim və futbol şərhçisi Ahmet Çakar da var.
Qeyd edək ki, İstanbul Respublika Prokurorluğu bu gün səhər saatlarında mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə futbolçu və klub rəsmiləri saxlanılıb. İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında əməliyyat keçirib. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, çoxlu sayda futbolçu və bir neçə klubun rəhbərləri saxlanılıb. Hələlik həmin şəxslərin adları açıqlanmayıb. İstintaq zamanı bəzi idman şərhçilərinin də saxlanıldığı bildirilib.

Mənbə
oxu.az