İdman

Ronaldonun millini tərk etməsinin daha bir səbəbi...

03 Oct 2026, 00:15 1 baxış
Ronaldonun millini tərk etməsinin daha bir səbəbi...

Kristiano Ronaldo ətrafında yaşanan qalmaqalla bağlı Portuqaliya idman mediasında yeni təfərrüat açıqlanıb.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ronaldonun milli komandanın düşərgəsini tərk etmək qərarına yalnız baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə təsir etməyib. Buna səbəb olan digər amillərdən biri də onun böyük oğlu, kiçik Kristiano Ronaldonun Portuqaliyanın U-16 yığmasına dəvət almamasıdır.


"Düşünürəm ki, Kristiano Ronaldonu incidən başqa bir məqam da var. Bu, onun milli komandadan ayrılması ilə birbaşa bağlı olmaya bilər. Lakin belə vəziyyətlərdə hər şey üst-üstə düşür. Ronaldo kiçik Kristianonun U-16 millisinə çağırılmamasından məyus olmuşdu", - deyə "Rekord" qəzetinin baş redaktorunun müavini Vitor Pintu CMTV-nin efirində bildirib.


Xatırladaq ki, daha əvvəl Kristiano Ronaldo baş məşqçi Jorje Jesusla yaşadığı münaqişədən sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.

Mənbə axar.az

Oxşar Xəbərlər