Şou biznes

Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağlama səbəbini açıqladı

08 Oct 2026, 03:00 3 baxış
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağlama səbəbini açıqladı
Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağlama səbəbini açıqlayıb. Oxu.Az bu barədə "Haber Türk"ə istinadən xəbər verir. Avqust ayında radikal qərar qəbul edərək, beş milyon izləyicisinin olduğu "Instagram" və "X" hesablarını bağlayan Kıvanç Tatlıtuğ rəqəmsal dünyaya vida etməsinin səbəbini açıqlayıb. Aktyor bu barədə deyib: "Canım sıxıldı, ürəyim belə istədi, bağladım. Yəni bunun arxasında dramatik bir hekayə axtarmağa ehtiyac yoxdur. Açıq və konkret danışım: bunun əvəzinə gedib 20-dən çox kitab aldım, xeyli kitab oxudum".
Mənbə oxu.az

Oxşar Xəbərlər