Şou biznes
Devid Bekhemin qızı yeni kosmetika brendi yaradır - Foto
Devid və Viktoriya Bekhemlərin 15 yaşlı qızı Harper Seven Bekhem öz kosmetika brendini yaratmağa hazırlaşır. Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Harlo by Harper" brendinin təqdimatının 2027-ci ilin ikinci yarısında keçirilməsi gözlənilir. Gələn ilin iyulunda məşhur ailənin qızının 16 yaşı tamam olacaq. Kosmetika xəttinə təmizləyici vasitə, tonik, yüngül nəmləndirici krem və dodaq balzamları daxil olacaq. Viktoriya Bekhem qızı üçün brendin yaradılmasına artıq üç milyon dollardan çox vəsait yatırıb. Beləliklə, Harper anası kimi kosmetika biznesinə qədəm qoyacaq. Viktoriya Bekhem uğurlu modelyer kimi tanındıqdan sonra 2019-cu ildə "Victoria Beckham Beauty" brendini yaradıb. Viktoriya Bekhemin sözlərinə görə, Harperin brendi yaratmaq ideyası dərisi üzərində apardığı bir sıra təcrübələrdən sonra yaranıb. Qız da öz yaşındakı bir çox yeniyetmə kimi üzünə o qədər də keyfiyyətli olmayan vasitələr çəkib. Nəticədə dərisini korlayıb və dermatoloqa müraciət etməli olub. Bundan sonra şəxsi kosmetika brendi yaratmaq ideyası ortaya çıxıb. Qeyd edək ki, keçmiş futbolçu Devid Bekhem və müğənni Viktoriya Bekhemin dörd övladı var. Harper Seven Bekhemin özündən böyük üç qardaşı var - 27 yaşlı Bruklin, 24 yaşlı Romeo və 21 yaşlı Kruz.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər