Şou biznes

Kristina Orbakayte Mayamidəki evinin təmirinə təxminən bir milyon dollar xərclədi

05 Oct 2026, 05:06 3 baxış
Kristina Orbakayte Mayamidəki evinin təmirinə təxminən bir milyon dollar xərclədi
Rusiyanın tanınmış müğənnisi Kristina Orbakayte ABŞ-nin Mayami şəhəri yaxınlığında yerləşən mənzilinin əsaslı təmiri üçün təxminən 80 milyon rubl (təxminən 1.6 milyon manat - red.) ödəyib. Oxu.Az bu barədə "Mash" "Telegram" kanalına istinadən xəbər verir. Söhbət 285 kvadratmetrlik yaşayış sahəsindən gedir. Ev 2013-cü ildə baş verən güclü daşqın nəticəsində yararsız hala düşmüşdü. Təmir zamanı mənzilin döşəmələri dəyişdirilib, yeni santexnika və digər qurğular quraşdırılıb, həmçinin havalandırma və hava kanalları sistemi yığılıb. Mayamidəki bərpa işlərinin həcmi və qiymət standartlarına əsasən, belə bir təmir 500 min dollardan 900 min dollara qədər (təxminən 41.7 milyon - 74 milyon rubl) başa gəlir.
Mənbə oxu.az

Oxşar Xəbərlər