Səhərlər öskürək xərçəngdən ola bilər – Diqqət!
Şiddətli səhər öskürəyi ciddi patologiyadan ola bilər.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim cərrahın sözlərinə görə, insanın boğulduğunu hiss etməsi adi simptom kimi qəbul edilməməlidir.
Mütəxəssis qeyd edib ki, belə bir öskürək bəzən bədxassəli prosesləri göstərə bilər:
"Bu, xərçəngin, COVİD-in faciəvi nəticələrinin göstəricisi ola bilər”.
Səhər öskürəyi həmçinin ağciyər və ürək-damar xəstəliklərinin də göstəricisi ola bilər. O, öskürəklə yanaşı, baş verən digər xəstəliklərin mövcudluğuna diqqət yetirməyi məsləhət görüb.
- Sinə nahiyəsində narahatlıq hissi;
- Ürək döyüntülərinin nizamsızlığı;
- Dərmanlara cavab verməyən baş ağrıları;
- Davamlı ürək yanması
- Uzun müddət davam edən ishal.
Mütəxəssis vurğulayıb ki, bu simptomları görsəniz, mütləq həkimə müraciət etməlisiniz.